17 Aprel Ümumdünya Hemofiliya Günü

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Tələbə Gənclər Təşkilatının fəal üzvləri Nəzrin İsmayılova və Nərmin İsmayılovanın təqdimatında maarifləndirici tədbir keçirilib. Təqdimatda hemofiliya xəstəliyinin yaranma səbəbləri, klinik əlamətləri və müalicə üsulları barədə ətraflı məlumat verilib, xəstəliyin irsi xarakter daşıdığı və gündəlik həyatda yaratdığı çətinliklər diqqətə çatdırılıb. Sonda tələbələrlə interaktiv müzakirə aparılıb.

Comments are closed.