7 Aprel- Ümumdünya sağlamlıq günüdür

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 7 aprel - Ümumdünya Sağlamlıq Günü münasibətilə Sumqayıt Gənclər kitabxanası tərəfindən maarifləndirici sərgi təşkil olunub.
Sərgidə sağlam həyat tərzi, xəstəliklərin profilaktikası, düzgün qidalanma, fiziki aktivlik və psixoloji sağlamlıq mövzularında kitablar nümayiş olunub. Eyni zamanda, sərgi çərçivəsində interaktiv diskussiya şəraitində sağlamlığın qorunması yolları müzakirə olunub.

Comments are closed.