Sumqayıtda disleksiyalı uşaqların cəmiyyətə inteqrasiyası, onların inkişafına dəstək və inklüzivlik mədəniyyətinin gücləndirilməsi məqsədilə I Respublika Disleksiya Forumu təşkil olunub.
Forum çərçivəsində tələbələrimiz disleksiyanın erkən diaqnostikası, reabilitasiya yanaşmaları, psixoloji dəstək mexanizmləri, beynəlxalq təcrübə və inklüziv təhsil mühitinin qurulması kimi mövzularda aparılan təqdimatları dinləyərək biliklərini genişləndiriblər.
