Sumqayıt Tibb Kollecində gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Güvən Karyera və Bella Azərbaycan təşkilatlarının birgə əməkdaşlığı çərçivəsində gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə maarifləndirici təlim keçirilib.
Təlimin məqsədi gənclərin sağlam gələcək naminə düzgün qərarlar verməsinə kömək etmək, onların məlumatlılığını artırmaq və sağlam həyat tərzi vərdişlərinin aşılanmasına töhfə verməkdir.
Təlimdə Kollecin müəllimi, həkim Gülbacı Məmmədzadə və psixoloq Günay Rafiq qızı çıxış edərək gənclərin sağlam həyat tərzi vərdişlərini mənimsəməsinin vacibliyini vurğulayıblar. Onlar reproduktiv sağlamlığın qorunması, gigiyena qaydalarına əməl edilməsi, zərərli vərdişlərin fəsadları və psixoloji sağlamlığın önəmi barədə iştirakçılara geniş məlumat veriblər.
Tələbələr mövzu ilə bağlı suallar ünvanlayıb, müzakirələrdə aktiv iştirak ediblər. Təlimin sonunda sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirici materiallar təqdim edilib.

Comments are closed.