Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Ümumdünya Autizmlə Maarifləndirmə Gününə həsr olunmuş maarifləndirici görüş keçirilib. Tədbirdə psixoloq Nəzrin İsmayılova tələbələrlə bir araya gələrək, autizm spektr pozuntusu (ASP), onun xüsusiyyətləri və cəmiyyətin bu mövzuda məlumatlandırılmasının əhəmiyyəti barədə geniş məlumat verib.
Tədbir interaktiv şəkildə davam edib, tələbələr psixoloqa suallar ünvanlayıb və onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparıblar.