Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin kollektivi Sumqayıt bulvarında baş tutan ümümşəhər Novruz şənliyində iştirak edib.
Novruz – yenilənmənin, baharın və birliyin rəmzidir. Bu bayram bizə ata-babalarımızdan miras qalmış ənənələri qorumağı, mehribanlıq və həmrəylik içində yaşamağı öyrədir. Arzu edirik ki, bu Novruz bayramı hər kəsə firavanlıq, xoş günlər və uğurlar gətirsin!
Bayramınız mübarək! 🔥🌿