İlkin tibbi yardım-ikinci həyata addım

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri tərəfindən Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Texniki Kolleci və Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kollecinin tələbələri  üçün “İlkin tibbi yardım-ikinci həyata addım” adlı maarifləndirici təlim keçirilib.
Təlimin əsas məqsədi gənclərə həyati təhlükəli vəziyyətlərdə düzgün və operativ ilk yardım bacarıqlarını aşılamaq olub.
Təlim zamanı Kollecin tələbələri ilk yardımın mahiyyəti, böyüklərdə və uşaqlarda tənəffüs yollarının yad cisimlə tıxanması, bayılma, qıcolma zamanı ilk yardımın göstərilməsi, ürəyin qapalı masajı, süni tənəffüsün verilməsi qaydalarını nümayiş ediblər.
Təlim çərçivəsində iştirakçılar arasında ilk tibbi yardımla bağlı viktorina da təşkil edilib, qaliblər hədiyyələrlə mükafatlandırılıb.
Təlimin sonunda iştirakçılara ilkin tibbi yardım qaydalarını özündə əks etdirən məlumatlandırıcı bukletlər paylanılıb.

Comments are closed.