Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə tələbələrin peşə bacarıqlarını inkişaf etdirmək və praktik biliklərini dərinləşdirmək məqsədilə Dişlərin Oyma Texnikası üzrə yarış təşkil olunub. Tədbirdə tələbələr öz bilik və bacarıqlarını nümayiş etdirərək, dişlərin oyma texnikasında incəlikləri və peşəkarlığı nümayiş etdirməyə çalışıblar.
Yarışın qiymətləndirilməsi kollecin təcrübəli müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən aparılıb. Münsiflər iştirakçıların texniki bacarıqlarını, dəqiqliyini və estetik yanaşmasını nəzərə alaraq, qalibləri müəyyən ediblər.
Yarışın yekununda I, II və III yerlərin qalibləri elan olunub, onlara diplomlar və mükafatlar təqdim edilib. Digər iştirakçılar isə yarışda fəal iştiraklarına görə təşəkkürnamələrlə təltif olunublar.