Sumqayıt Tibb Kollecində uşaq və yeniyetmələrin problemlərinin həllinə dair onlayn görüş keçirilib

Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində “Uşaq hüquqlarının həyata keçirilməsinə dair dövlət nəzarəti Qaydası” çərçivəsində valideynlərin və kollektivin iştirakı ilə onlayn görüş təşkil olunub. 
Tədbirin əsas məqsədi uşaq və yeniyetmələr arasında intihar hallarının, məişət zorakılığı hallarının qarşısının alınması, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı maarifləndirmə aparmaq olmuşdur.
Görüş psixoloq Nəzrin İsmayılovanın  iştirakı ilə keçirilib və iştirakçılar üçün faydalı məlumatlar təqdim olunub. Psixoloq uşaqların və yeniyetmələrin emosional vəziyyətlərinin düzgün təhlili, onlarla ünsiyyətin qurulması və məişət zorakılığı hallarının qarşısının alınmasında valideynlərin və təhsil işçilərinin rolu barədə geniş məlumat verib.
Valideynlər görüşdə öz suallarını psixoloqa ünvanlamaq, konkret vəziyyətlərə dair məsləhət almaq və qarşılaşdıqları problemləri müzakirə etmək imkanı əldə ediblər.
Görüş iştirakçıları intihar risklərinin müəyyən edilməsi, yeniyetmələrin psixi sağlamlığının qorunması, onların mənəvi dəstəklə təmin edilməsi və asudə vaxtlarının məqsədyönlü təşkili ilə bağlı təkliflər irəli sürüblər. 
Həm valideynlər, həm də kollektiv bu cür görüşlərin mütəmadi təşkilinin faydalı olduğunu, belə görüşlərin davamlı olmasının vacibliyini qeyd edib və bu təşəbbüsün yüksək qiymətləndirildiyini bildiriblər.

WhatsApp Image 2025-01-09 at 11.31.17

Comments are closed.