Sağlam həyat

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Sağlam həyat” layihəsi çərçivəsində 24 dekabr 2024-cü il tarixində səyyar idman avtomobili Sumqayıt şəhərində olub.
Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri layihə çərçivəsində “Sağlam həyat” tədbirinə aktiv qoşularaq müxtəlif idman növlərində qüvvələrini sınayıb, idman normativlərini uğurla yerinə yetirib və müvafiq sertifikatlarla təltif olunublar.

Comments are closed.