Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. 
Sessiya əyani şəkildə təşkil olunub və 5 həftə müddətində davam edəcək.
İmtahanlar əvvəlcədən tərtib olunmuş cədvələ uyğun keçiriləcək. Cədvəl haqqında ətraflı məlumat şöbələr və qruplar üzrə təqdim olunub.
Tələbələrin biliyinin qiymətləndirilməsində müxtəlif formaların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, imtahanların qəbulu test və yazılı formada təşkil ediləcək.
İmtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə “İmtahan Qərargahı” yaradılıb. Eyni zamanda imtahanların idarə olunması üçün tədris-köməkçi heyətdən ibarət Nəzarət qrupu fəaliyyət göstərəcək.
Sessiya zamanı üzürlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə 03-14 fevral tarixlərdə təkrar imtahan vermək imkanı yaradılacaq.
 
Bütün tələbələrə imtahanlarda uğurlar arzu edirik! 

Comments are closed.