UŞAQLAR ÜÇÜN PEYVƏNDLƏRİN ƏHƏMİYYƏTİ VƏ HÜQUQİ ƏSASLARI

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Azərbaycan Respublikası Prezidentinin 8 may 2012-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dair dövlət nəzarəti Qaydası” çərçivəsində “Uşaqlar üçün Peyvəndlərin Əhəmiyyəti və Hüquqi Əsasları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə kollecin müəllimləri həkim-pediatr Elnarə Əkbərova və həkim-infeksionist Günay Qurbanova geniş çıxışlar ediblər.
Həkim-pediatr Elnarə Əkbərova çıxışında peyvəndlərin tibbi əhəmiyyətindən, onların xəstəliklərin qarşısını almaqda və cəmiyyət sağlamlığını qorumaqda oynadığı mühüm roldan bəhs edib. O, peyvəndlənmənin həm fərdi, həm də kollektiv immunitetin formalaşmasındakı rolunu vurğulayıb.
Həkim-infeksionist Günay Qurbanova isə peyvəndlərin hüquqi əsasları haqqında məlumat verib. Onun çıxışında Azərbaycanda və beynəlxalq səviyyədə peyvəndlənmənin qanunvericiliklə tənzimlənməsi, vətəndaşların hüquq və vəzifələri, həmçinin səhiyyə qurumlarının bu sahədəki məsuliyyətləri diqqət mərkəzində olub.
Tədbirin sonunda tələbələr mövzu ilə bağlı suallarını səsləndirərək fikir mübadiləsi aparıblar.

Comments are closed.