Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 17 dekabr 2024-cü il tarixində Mehdi Hüseynzadə adına şəhər stadionunda məişət zorakılığı mövzusunda “Hər insan dəyərlidir” adlı maarifləndirici görüş təşkil olunub.
Görüşün məqsədi, cəmiyyətdə məişət zorakılığına qarşı maarifləndirmə işlərini gücləndirmək və bu cür zorakılığın qarşısının alınmasında insanların rolu barədə məlumat vermək olub.
Görüşdə psixoloq məişət zorakılığının müxtəlif formaları, onun mənfi təsirləri və bu kimi halların qarşısının alınması üçün effektiv metodlar haqqında geniş məlumat verib. O, xüsusilə gənclərin psixoloji sağlamlığının qorunmasının vacibliyini vurğulayıb və zorakılığa məruz qalan şəxslərə dəstək mexanizmlərini izah edib.
Tədbirin sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və maarifləndirici materiallar təqdim olunub.