Sumqayıt Tibb Kollecində Tələbələr üçün Kibertəhlükəsizlik Maarifləndirmə Tədbiri

WhatsApp Image 2024-11-26 at 14.54.56

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Azərbaycan Respublikasının 2023-2027-ci illər üçün “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiya”sına uyğun olaraq, tələbələr arasında internetdəki təhlükələr barədə maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi tələbələrin rəqəmsal mühitdə daha diqqətli və məsuliyyətli davranış nümayiş etdirmələrinə dəstək olmaqdır.

Kollecin müəllimləri tərəfindən təşkil olunan bu tədbirdə, tələbələrə kibertəhlükəsizliyin vacibliyi, şəxsi məlumatların qorunması, internet fırıldaqçılığından qorunma yolları və təhlükəsiz internet istifadəsi ilə bağlı faydalı məlumatlar təqdim edilib.

Comments are closed.