17 noyabr – Milli Dirçəliş Günü

17 noyabr - Milli Dirçəliş Günüdür
1992-ci ildə elan olunan bu tarixi gün, milli birlik, azadlıq uğrunda mübarizə və Azərbaycan xalqının öz müstəqilliyini qorumaq əzmini əks etdirir.
Artıq dörd ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur. 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi xalqımızın tarixi ədaləti bərpa etməsi ilə yadda qalıb. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımız azad edilib. 44 gün davam edən müharibə müddətində hər gün yaşayış məntəqələri işğaldan azad olunaraq, Azərbaycan bayrağı həmin torpaqlarda qürurla dalğalanmağa başlayıb.

Bu gün azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri sürətlə həyata keçirilir, həmin torpaqlar vətənimizə layiq şəkildə abadlaşdırılır. Milli Dirçəliş Günü isə həm müstəqilliyimizin dəyərini anlamaq, həm də torpaqlarımızı azad edən qəhrəmanlarımızı yad etmək üçün bir fürsətdir.
Milli Dirçəliş Günü xalqımızın birliyinin, əzminin və gələcəyə inamının simvoludur. Bu gün hər bir Azərbaycan vətəndaşı bayram sevincini Azərbaycanın bütövlüyü, gücü və tarixi qələbəsinin təsdiqi ilə daha böyük qürur hissi ilə qeyd edir.
Yaşasın müstəqil və bütöv Azərbaycan!

Comments are closed.