Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində “8 noyabr - Zəfər Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə, şəhidlərin xatirəsi və veteranların şücaəti bir daha yad edilib. Tədbirdə çıxış edənlər qəhrəman oğulların Azərbaycan üçün göstərdikləri fədakarlıqlardan danışıb, Vətən müharibəsinin Azərbaycan xalqı üçün əhəmiyyətini vurğulayıblar. Tələbələr tərəfindən təşkil olunmuş müxtəlif çıxışlar, təqdimatlar və vətənpərvərlik ruhunda bədii kompozisiyalar tədbirin ən diqqətçəkən məqamları olub.
Bu tədbir, Sumqayıt Tibb Kollecinin tələbə və müəllim heyətinin milli dəyərlərə, Vətənə və onun qəhrəmanlarına olan hörmətini bir daha nümayiş etdirib.