Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin bir qrup tələbəsi könüllü olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankının Sumqayıt bölməsində “8 noyabr - Zəfər Günü” münasibətilə keçirilən qanvermə aksiyasında iştirak edib.