Sağlam Gələcək: Tibb Tələbələri ilə Ekoloji Davamlılığa Doğru

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Sağlam Gələcək: Tibb Tələbələri ilə Ekoloji Davamlılığa Doğru” adlı tədbir keçirilib. Tədbirdə kollec tələbələri və müəllim heyəti iştirak edərək ekoloji davamlılıq və sağlam gələcək mövzularını əhatə edən aktual məsələləri müzakirə ediblər.

Tədbirin əsas mövzuları bərpa olunan enerji mənbələri, ətraf mühitin çirklənməsi və onun insan sağlamlığına təsiri, iqlim dəyişikliyinin yaratdığı problemlər və bu məsələlərdə tibb tələbələrinin rolu ətrafında cəmlənib.

Tədbirdə tələbələr, ekoloji problemlərin həllində fərdi və kollektiv məsuliyyətləri haqqında fikir mübadiləsi apardılar və təhsil aldıqları tibbi bilikləri ekologiya ilə əlaqələndirmənin vacibliyi barədə yeni baxışlar qazandılar. Çıxış edən müəllimlər də gənclərə bu sahədə bilik və bacarıqlarını artırmağa çağırdı və ekologiyanın sağlamlıqla bağlı problemlərin aradan qaldırılmasında mühüm rol oynadığını vurğuladılar.

Comments are closed.