Heydər Əliyev və ekoloji siyasət

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində Ulu Öndərin 101-ci ildönümü və ölkə prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü ildə imzaladığı sərəncama əsasən, 2024-cü ilin “Yaşıl Dünya naminə Həmrəylik ili” elan olunması münasibətilə “Heydər Əliyev və ekoloji siyasət” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masa iştirakçıları ulu öndər Heydər Əliyevin ekoloji siyasəti haqqında məlumat veriblər.

Ulu öndər Heydər Əliyev, ölkənin ekoloji siyasətinə böyük diqqət yetirmişdi. Onun rəhbərliyi dövründə bir çox ekoloji proqramlar və layihələr həyata keçirilib.

Ulu öndər Heydər Əliyevin ekoloji siyasəti ölkənin davamlı inkişafının təmin edilməsi və ekoloji tarazlığın qorunması üçün vacib olmuşdur. Onun rəhbərliyi altında qəbul edilmiş ekoloji qanunlar və normativ aktlar Azərbaycanın ekoloji təhlükəsizliyinin gücləndirilməsinə və əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edib.

Comments are closed.