Tələbələrimiz sertifikatla təltif olundular

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin istehsalat təcrübəsində olan Tibb bacısı işi şöbəsinin 27 nəfər tələbəsi bir ay müddətində Sumqayıt Tibb Mərkəzinin mərkəzdaxili təlim proqramlarının işlənməsi və təlim mərkəzinin yaradılması istiqamətində eksperiment layihə çərçivəsində 2 nömrəli Xəstəxanada xüsusi təlim proqramına cəlb edilib.
Tələbələr xəstəxananın Laboratoriya, Cərrahiyyə, Terapiya, Reanimasiya və İntensiv terapiya şöbələrində, eləcə də əməliyyat, sarğı, qanalma otaqlarında təcrübə keçiblər.
 
Proqram çərçivəsində onlar qanalma proseduru, sarğıların icra olunması, venadaxili, əzələdaxili inyeksiyalar, EKQ çəkilməsi, ağır xəstələrin aktivləşdirilməsi prosesində iştirak edib, SPR otağının iş prinsipi, cərrahi əməliyyatlarda tibb bacılarının, anestezistin işi ilə yaxından tanış olub və praktiki fəaliyyətlər icra ediblər. 
 
28 iyun 2024-cü il tarixində təcrübədə olan tələbələrin təcrübəsinin başa çatması münasibətilə 2 nömrəli Xəstəxanada tədbir keçirilib.
 
2 nömrəli Xəstəxanada uğurla təcrübə keçərək bilik və bacarıqlar qazandığına, təcrübəni müvəffəqiyyətlə başa vurub fərqləndiklərinə  görə təcrübəçi tələbələr sertifikatla təltif olunublar.

Comments are closed.