Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 3 iyul 2024-cü il tarixində “Məzun Günü” keçirilib
“Məzun Günü” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib.
Məzunların iştirakı ilə təşkil olunan görüşdə məktəbin pedaqoji kollektivi, tələbələr və valideynlər iştirak ediblər.
Tədbirdə kollecin direktoru tibb elmləri doktoru, əməkdar həkim Rəfayıl Eyvazov məzunları təbrik edərək onlara gələcək həyatlarında və karyeralarında uğurlar arzulayıb, bacarıqlı mütəxəssis, vətəninə, millətinə layiqli vətəndaş olmağı və təhsil ocağının adını daim uca tutmağı tövsiyə edib.
Tədbirdə akademik göstəriciləri yüksək olan və fəallığı ilə seçilən məzunlar kollecin rəhbərliyi və Tələbə Həmkarlar Komitəsi tərəfindən Təşəkkürnamələr ilə təltif olunublar.
“Məzun Günü” konsert proqramı ilə davam edib.