Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin həkimləri tərəfindən 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin əməkdaşları və könüllüləri üçün “Fövqəladə hallar zamanı ilkin tibbi yardımın göstərilməsi” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlim zamanı ilk yardımın mahiyyəti, fövqəladə hallar zamanı zədələyici amillər, güclü təsirli zəhərləyici maddələrlə zəhərlənmələr, qanaxmalar və uzunmüddətli sıxılma sindromu zamanı ilk yardımın göstərilməsi qaydaları haqqında məlumat verilib.
Təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və sonda maarifləndirici bukletlər paylanılıb.