Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin Əczaçılıq şöbəsinin müəllim və tələbə heyəti "Farmakoqnoziya və botanika" fənni proqramı əsasında "Herba Flora" MMC müəssisəsinə praktiki-təhlil istiqamətli ekskursiya ediblər.
Tələbələri müəssisənin təhlükəsizlik qaydaları ilə tanış etdikdən sonra onlara şirkət barədə məlumat verilib.
Tələbələr şirkətdə fəaliyyət göstərən laboratoriyalar, bitki tərkibli məhsulların istehsalı, qablaşdırılması, bitki toxumlarından yağların alınması texnologiyası, bitki məhsullarının saxlanma rejimi ilə tanış olublar.