Tələbələrimiz 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri tərəfindən 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzinin əməkdaşları və könüllüləri üçün “İlkin tibbi yardım-ikinci həyata addım” adlı maarifləndirici təlim keçirilib.
Təlim zamanı kollecin tələbələri əyani şəkildə əməkdaş və könüllülərə  ilk yardımın mahiyyəti, böyüklərdə və uşaqlarda tənəffüs yollarının yad cisimlə tıxanması, bayılma, qıcolma zamanı ilk yardımın göstərilməsi, ürəyin qapalı masajı, süni tənəffüsün verilməsi qaydalarını nümayiş ediblər. Eyni zamanda əməkdaşları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Comments are closed.