Peyvəndlərlə qarşısı alına bilən uşaq tənəffüs yolu infeksiyaları

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində “Peyvəndlərlə qarşısı alına bilən uşaq tənəffüs yolu infeksiyaları” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminar zamanı kollecin müəllimləri Könül Qarayeva və Ofeliya Əhmədova peyvəndlərlə qarşısı alına bilən uşaq tənəffüs yolu xəstəlikləri, peyvəndləmənin vacibliyi, milli peyvənd təqvimi, o cümlədən peyvəndlərlə bağlı yayılan yanlış məlumatlar mövzusunda çıxış ediblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Mehpare Zulfiqizi

Comments are closed.