“12 May-Beynəlxalq Tibb Bacısı Günü”

Səhiyyə Nazirliyi Əziz Əliyev adına Sumqayıt Tibb Kollecində 12 may-Beynəlxalq Tibb Bacısı Gününə həsr olunan tədbir keçirilib.
Kollecin direktoru t.e.d., əməkdar həkim Rəfayıl Eyvazov tədbiri açaraq Beynəlxalq Tibb Bacısı Günü münasibətilə müəllim-tələbə heyətini təbrik edib və ölkəmizdə peşəkar tibb bacılarının hazırlanmasına xüsusi diqqət yetirildiyini, onların bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər görüldüyünü vurğulayıb.
Həmçinin, bu günün tarixi haqqında geniş məlumat verilib, mahiyyətindən söhbət açılıb.
Tədbirin sonunda “İlkin tibbi yardım-ikinci həyata addım” fleşmobun da fəal iştirak edən tələbələr Təşəkkürnamə ilə təltif edilib.

Comments are closed.