Tələbələr Heydər Əliyev Mərkəzinə ekskursiya edib

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri Bakı şəhərində Heydər Əliyev Mərkəzinə ekskursiya edib.
Ekskursiya “Heydər Əliyevin anadan olmasının 101 illiyi” münasibətilə Sumqayıt Tibb Kollecində keçiriləcək tədbirlər planına əsasən təşkil olunub.

Ekskursiyada tələbələrə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın xilaskarı ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında məlumatlar verilib.

Daha sonra, tələbələr ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Comments are closed.