Səhiyyə Nazirliyi Əziz Əliyev adına Sumqayıt Tibb Kollecinin rəhbərliyi və Tələbə Həmkarlar Komitəsinin təşkilatçılığı ilə tələbələr Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.
Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.
Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.