
Səhiyyə Nazirliyi Əziz Əliyev adına Sumqayıt Tibb kollecində 2 Fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd edilir.
Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşü zəngin yeni nəsil yetişir.
2 Fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə Səhiyyə Nazirliyi Əziz Əliyev adına Sumqayıt Tibb kolleci Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal tələbələri kollecin ictimai həyatında fəal iştirakı və tədrisdə müvəffəqiyyətinə görə təşəkkürnamə ilə təltif edilib.
