20 Yanvar Azərbaycan xalqının qəhramanlıq salnaməsidir

20 Yanvar hadisələrinin 34-cü ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyi Əziz Əliyev adına Sumqayıt Tibb kolleci Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “20 Yanvar Azərbaycan xalqının qəhramanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib.
Tədbirdən öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində 20 Yanvar faciəsinin tarixi xronologiyası tələbələrin nəzərinə çatdırılıb: 1990-ci il 20 Yanvar hadisələri millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

Comments are closed.