1969-cu ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. İlk dövrlər məktəb 2 şöbə, 90 tələbə və 10 müəllimlə fəaliyyətə başlamısdır. Həmin dövrdən bu günə kimi 10 minlərlə tələbə orta ixtisas təhsili alaraq respublikanın müxtəlif bölgələrində çalışırlar.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Sumqayıt Tibb kollecinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxışçılar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Ümummilli lider Heydər Əliyev üçün ən vacib sahə məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub.
Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan film nümayiş etdirilib.