1969-cu ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. İlk dövrlər məktəb 2 şöbə, 90 tələbə və 10 müəllimlə fəaliyyətə başlamısdır. Həmin dövrdən bu günə kimi 10 minlərlə tələbə orta ixtisas təhsili alaraq respublikanın müxtəlif bölgələrində çalışırlar.
Səhiyyə Nazirliyi Əziz Əliyev adına Sumqayıt Tibb kolleci Tələbə Gənclər Təşkilatının fəal üzvləri Gənclər və idman nazirliyi, Bakı Gənclər Mərkəzinin rəsmi tərəfdaşlığı, Inclusive Organization Team təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik Yubileyinə və Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş “Uğurun Zirvəsi” adlı tədbir proqramında iştirak ediblər.