P vitamini nədir

P vitamini bədəndəki damarların quruluşunu qoruyur. Təbiətdə saf halda sarı rəngdə yayılıb. Suda həll olur. C vitamininə oxşar xüsusiyyətləri var. Çatışmazlığı zamanı əzələlər və baldırlarda kramplar meydana gəlir. Eyni zamanda şişmə, damarlarda yırtılma halları müşahidə edilir. P vitaminin faydaları - P vitamini dərinin elastikliyini təmin edər, şəkər xəstəliyi ilə bağlı problemlərin, hemeroid, varis, diabetik qanaxmaların, diş əti qanaxmalarına fayda verər. - Soyuqdəymə zamanı C vitamini ilə birlikdə təsirlidir. C vitamini oksidləşmədən qoruyar, C vitaminin təsirini artırar. - Oynaqlarda şişməyə və iltihaba, astmaya və allergik hallara faydası var. - D vitamini ilə birlikdə menapozda, beyin qanaxmasında, radiyasiya təsirlərini azaltmaqdan faydalı olduğu düşünülür. - P1 vitaminin təzyiqi salıcı təsiri var və qüvvətli antioksidantdır. Yaşlanmanı gecikdirir P vitamini dəridəki kollageni də qoruyaraq yaşlanmanı gecikdirir. Yaşlandıqda bədəndə kollagen istehsalı azalır. Gənc görüntünü təmin edən maddə sayılır. Hansı ərzaqlarda P vitamini var? Kahı, təzə bibər, yer fıstığı, yumurta, kividə, soğan, quşburnu, ispanaq, kələm, yaşıl çay, limonda P vitamini var.

vitaminp

Add a Comment

You must be logged in to post a comment